
İtaliyanın hüquq-mühafizə orqanları Avropaya kokain keçirməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.
Məlumata görə, 300-ə yaxın polis “Ndrangheta” mafiyası ilə əlaqəli peşəkar cinayət sindikatının üzvlərinə qarşı reydlərdə iştirak edib. Bir neçə əyalətdə axtarışlar aparılıb, nəticədə 31 nəfər saxlanılıb, 7 milyon avro dəyərində sərvət müsadirə edilib.
İstintaq, həmçinin Cənubi Amerikadan Kalabriyaya iki ton ağırlığında kokainin çatdırılmasını təşkil edən cinayət başçılarını müəyyən etməyə imkan verib. Onlar da xüsusi əməliyyat zamanı saxlanılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.