
İmişli rayonunda yaşayan ən yaşlı seçicinin 113 yaşı var.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, rayonda qeydiyyatda olan ən yaşlı seçici 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədovadır.
113 yaşlı seçici yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsinin rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində səs verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.