
Fransanın “Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən aylarla davam edən fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.
“AVESTA.AZ” AFP-yə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. “Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, - məlumatda deyilir.
Şirkət Livana uçuşların bərpası üzrə konkret tarixlər açıqlamayıb və bunu yaxın günlərdə edəcəyinə söz verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.