
Amerikalıların yalnız 10%-i ABŞ prezidenti Donald Trampın hökuməti istiqamətləndirmək üçün milyarderlərə etibar etməsini bəyənir.
“Report” xəbər verir ki, bunu “Associated Press” üçün “NORC” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edib.
Yanvarın 9-dan 13-dək aparılan sorğuda 1100-dən çox insan iştirak edib.
Qeyd olunub ki, respondentlərin 60%-i hesab edir ki, ABŞ prezidenti siyasi məsələlərdə milyarderlərin məsləhətlərinə etibar etməməlidir. Digər 59% isə Trampın ailə üzvlərindən asılılığını mənfi qiymətləndirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.