
Rusiyada vəfat edən latviyalı basketbolçu Yanis Timmanın ölüm səbəbi açıqlanıb.
"AVESTA.AZ" “RİA Novosti”yə istinadən xəbər verir ki, 32 yaşlı oyunçunun intihar etdiyi bəlli olub.
Bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra müəyyənləşib.
Basketbolçunun ölümünün digər versiyalarının təsdiqlənmədiyi bildirilir.
Qeyd edək ki, dekabrın 17-də Yanis Timman Moskvadakı oteldə ölü tapılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.