
Türkiyənin Antalya bölgəsində 12 mərtəbəli hotelin tikintisində baş verən yanğında içəridə qalan 4 işçi xilas edilib.
"Report" xəbər verir ki, bu barədə Alanya Bələdiyyə sədri Osman Tarık Özçelik bildirib.
Binada digər işçilərin olub-olmamasını aydınlaşdırmaq üçün hadisə yerində xilasedicilər əməliyyatı davam etdirir.
Türkiyənin Antalya bölgəsində 12 mərtəbəli binada yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, hadisə Antalyanın Alanya rayonunda təmirdə olan binanın 1-ci mərtəbəsində baş verib. Oraya yanğınsöndürmə briqadası göndərilib və yuxarı mərtəbələrdə qalan işçilərin xilas edilməsi işləri görülür.
Bölgəyə tibb işçiləri və polis də göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.