
"Real Madrid" futbol üzrə İspaniya çempionatının VIII turunun matçında "Xetafe" üzərində minimal hesablı qələbə qazanıb - 1:0.
"AVESTA.AZ" xəbər verir ki, yeganə qolu matçın 4-cü dəqiqəsində müdafiəçi Eder Militao vurub.
O, yarımmüdafiəçi Luka Modriçin ötürməsini qola çevirib.
Qeyd edək ki, xorvatiyalı 2003/04 mövsümündən bu günədək "Real Madrid"in La Liqada 50 məhsuldar ötürmə edən altıncı futbolçusu olub.
Bununla da "Real" 22 xal toplayaraq turnir cədvəlində lider olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.