
Birləşmiş Ərəb Əmirlərinin (BƏƏ) Azərbaycandakı səfir Məhəmməd Əl-Bluşi Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin başçısı Troy Duli ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti yayıb.
"BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Zati-aliləri Məhəmməd Əl-Bluşi Beynəlxalq Miqrasiya Təşkilatının Bakıdakı missiya rəhbəri Zati-aliləri Troy Dulini qəbul edib", – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.