31-01-2025, 11:00 583

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Rəsmi Bakının narazılıqlarını yeni rəhbərliyə çatdırdım - MÜSAHİBƏ

Azərbaycan 2009-cu ildən etibarən Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir.

İlbəil inkişaf etdirilən əlaqələr hesabına bu gün Azərbaycan Aİ-nin ən böyük ticarət və ixrac tərəfdaşlarından birinə çevrilib. Hazırda təşkilata üzv ölkələrin bir neçəsinin enerji təchizatında Azərbaycanın müstəsna rolu var.

Ancaq Aİ ilə əməkdaşlıq təkcə iqtisadi yox, həm də siyasi müstəvidə böyük əhəmiyyət kəsb edir. Bu sahədə münasibətlərin tənzimlənməsində əsas yer tutan şəxslərdən biri isə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsidir.

Sözügedən vəzifənin icrası 2024-cü il noyabrın 1-dən etibarən Maqdalena Qronoya həvalə olunub. Yeni xüsusi nümayəndə Azərbaycan və Ermənistana ilk rəsmi səfərini isə 7-11 yanvar tarixləri arasında edib. Bu səfərlər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib. Həmçinin müxtəlif dövlət və hökumət rəsmiləri ilə görüşərək Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması da daxil olmaqla bir sıra mövzularda müzakirələr aparılıb.

Maqdalena Qrono "AVESTA.AZ"a müsahibəsində səfərlərinin detalları, Azərbaycan və Ermənistanla bağlı missiyasının mahiyyəti, Aİ-nin Bakı və İrəvanla münasibətdə balanslaşdırılmış siyasət yürütmə yolları, Aİ-Azərbaycan tərəfdaşlığının inkişafı üçün atılmalı olan addımlar barədə sualları cavablandırıb:

- Xanım Qrono, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan və Ermənistana ilk rəsmi səfərinizi etdiniz. Tərəflərlə məsləhətləşmələriniz iki ölkə haqqında sizdə hansı təəssüratları formalaşdırdı?

- Bəli, xüsusi nümayəndə kimi ilk rəsmi səfərimi 2025-ci il 7-8 yanvarda Azərbaycana, 9-11 yanvarda isə Ermənistana etdim. Hesab edirəm ki, bunlar vaxtında edilmiş mühüm səfərlər idi və bu səfərlər zamanı hər iki ölkənin rəhbərliyi ilə görüşmək imkanım oldu. Yanvarın 8-də Bakıda Prezident İlham Əliyev, yanvarın 9-da isə İrəvanda baş nazir Nikol Paşinyan məni qəbul etdi. Səfər çərçivəsində bir sıra digər rəsmi şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşdüm.

Müzakirələrimiz zamanı regionda sülh və sabitliyə dair, xüsusən də iki ölkə arasında normallaşma prosesinin davam etdirilməsi ilə bağlı ictimai məkanda səsləndirilən aqressiv tonlu çıxışlardan fərqli olan ümidverici bəyanatlar eşitdim. Görüşlərdə tərəfləri 2023-cü ilin dekabrından bəri ikitərəfli istiqamətdə əldə edilmiş irəliləyiş sayəsində yaranmış dinamikanı qoruyub saxlamağa təşviq etdim. Bu kontekstdə həll edilməmiş məsələlər üzrə razılaşmaların əldə edilməsinə şərait yaradan sakit və müsbət mühitin təmin edilməsinin vacibliyini vurğuladım. İstər sülh müqaviləsi, istərsə də əlaqə və humanitar məsələlər üzrə tezliklə razılığa gəlinməsinin əhəmiyyətini qeyd etdim.

Hesab edirəm ki, normallaşmanın mühüm ilk mərhələsi artıq öz nəticələrini göstərir. Azərbaycan və Ermənistan arasında müzakirələr aparılması üçün strukturlaşmış və yaxşı təşkil olunmuş bir çərçivə mövcuddur. İndi münaqişə səhifəsini birdəfəlik çevirmək, bütün həll olunmamış məsələlər üzrə qarşılıqlı məqbul həllər tapmaq və region əhalisi üçün sülh və daha firavan həyatı təmin edəcək siyasi iradəni nümayiş etdirmək vaxtıdır.

- Bildiyiniz kimi, hazırda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılır. Belə olan halda, iki ölkə ilə bağlı missiyanızın əsasını nə təşkil edir?

- Azərbaycan-Ermənistan arasında ikitərəfli danışıqlar ötən il ərzində əhəmiyyətli irəliləyişin əldə olunmasında, ilk növbədə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində, həmçinin digər sahələrdə əsas rol oynayıb. Hamımız 2023-cü il 7 dekabr tarixli Azərbaycan-Ermənistan birgə bəyanatını xatırlayırıq. Bunun nəticəsində tərəflər COP29-un təşkili və məhbusların qarşılıqlı azad edilməsi barədə razılığa gəldilər. O zaman Ermənistan və Azərbaycan daha çox etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklərini bildirdilər və beynəlxalq ictimaiyyəti onların səylərini dəstəkləməyə çağırdılar. Məhz bu kontekstdə mənim səfərim baş tutdu.

Biz Bakı və İrəvanla birlikdə Aİ-nin Azərbaycan-Ermənistan normallaşmasına və daha geniş regional əməkdaşlığa necə daha faydalı dəstək verə biləcəyini araşdırdıq. Bu mərhələdə Aİ-nin daha çox iş görməyə hazır olduğunu qəbul edərək bir neçə sahəni müəyyən etdik. Bakı və İrəvanda razılaşdıq ki, Aİ Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarına dəstəyini davam etdirəcək, əlaqələrin konkret aspektlərinə və humanitar məsələlərə, xüsusilə minatəmizləmə və itkin düşmüş şəxslər məsələsinin həllinə diqqət yetirəcək, həmçinin regional əməkdaşlıq təşəbbüslərini təşviq edəcək.

- Aİ-nin fəaliyyəti bəzən Azərbaycan və Ermənistanla münasibətlər kontekstində tənqid edilir. Tərəflərlə balanslaşdırılmış siyasəti qorumaq üçün hansı addımlar atılır və ya planlaşdırılır?

- Biz həmişə hər hansı tənqidi və ya fərqli fikirləri diqqətlə dinləyirik. Hansı şikayətlərin ola biləcəyini və onların arxasında nəyin durduğunu anlamağa çalışırıq. Eyni zamanda, hər hansı mümkün dezinformasiyanı aradan qaldırmağa da sadiqik. Tərəflərlə şəffaf, səmimi və davamlı dialoq apararaq hər hansı mümkün yanlış anlaşılmanı aradan qaldırmaq əsas niyyətimdir. Bildiyiniz kimi, ofisim hər iki ölkədəki müxtəlif aktorlarla gündəlik əlaqə saxlayır. Bizim hökumət rəsmiləri, vətəndaş cəmiyyəti, yerli ekspertlər və ya orada işləyən beynəlxalq strukturlar arasında əhəmiyyətli əlaqə şəbəkəmiz var. Bu, bizə yerlərdəki vəziyyət və mövcud olan müxtəlif tendensiyalar haqqında məlumatlı olma imkan verir.

Bakıya səfərim zamanı Aİ-Azərbaycan siyasi dialoqunu ən yüksək, həm də digər səviyyələrdə necə yenidən formalaşdırmaq və bərpa etmək məsələsini ətraflı müzakirə etdik. Bu fonda maraqlı təkliflər eşitdim və onları Brüsselə çatdırdım. Bizim niyyətimiz harada durduğumuzu və nəyə nail olmaq istədiyimizi daha yaxşı anlayaraq ikitərəfli gündəliyimizi yenilənmiş enerji ilə irəli aparmaqdan ibarətdir. Aİ-Azərbaycan münasibətləri, əlbəttə ki, enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.

Eyni ruhda, Aİ-Ermənistan münasibətləri də genişdir, yəni davam edən islahatlara, demokratiya və insan hüquqlarına dəstəyimizlə məhdudlaşmır. İkitərəfli gündəliklərimiz hərtərəflidir.

Sizi əmin edə bilərəm ki, Aİ burada və orada tez-tez oxuduğum kimi (Azərbaycan və Ermənistan -red.) regionda yeni bölücü xətlər yaratmaq, məğlubiyyətlə nəticələnəcək qələbədə (zero-sum game) iştirak etmək və ya "gizli gündəlik" təşviq etmək niyyətində deyil. Əksinə, biz Bakı və İrəvanın tələbi, eləcə də tərəfdaşımız olan hər iki ölkəyə sabit, təhlükəsiz və firavan gələcəyə doğru irəliləməkdə kömək etmək istəyimizlə buradayıq. Bu dəstək Bakı və İrəvanın tələb etdiyi qarşılıqlı əlaqənin miqyası və dərinliyi ilə şərtlənir.

Aİ bu strateji regiona, həmçinin Azərbaycan və Ermənistanla bərabərhüquqlu tərəfdaşlığa sadiqdir.

- Ümumilikdə, Cənubi Qafqaz siyasətində prioritetləriniz nələrdir? Sələfinizin həyata keçirdiyi siyasətlə müqayisədə fəaliyyətinizdə hansı fərqləri müşahidə edəcəyik?

- Avropa İttifaqının xüsusi nümayəndəsi olaraq çox aydın siyasi məqsədlərim və Aİ üzv dövlətləri tərəfindən verilmiş mandatım var. Son onilliklərdə bu regionda baş vermiş məsələlərlə bağlı fəaliyyətimi daha da gücləndirmək niyyətindəyəm. Aİ ailəsinin digər iştirakçıları ilə birlikdə Cənubi Qafqaza koordinasiyalı və proaktiv yanaşmamızı davam etdirəcəyik.

- Bildiyiniz kimi, Cənubi Qafqaz təbii ehtiyatlarla zəngindir və buna görə də müxtəlif maraqların toqquşduğu, hətta bəzən gərginliklərin yaşandığı bir regiondur. Aİ nümayəndəsi olaraq bu regionda sülh və sabitliyə töhfə mexanizminiz nədən ibarətdir?

- Qeyd etdiyim kimi, ümumilikdə Aİ və xüsusi nümayəndə rolunda mən Aİ strukturları ilə birlikdə əlaqə və humanitar məsələlər sahəsində, eləcə də Bakı və İrəvanın tələb edə biləcəyi hər hansı digər sahədə yardım göstərməklə ikitərəfli normallaşma prosesinə dəstək verərək tərəfdaşlarla sülh və sabitlik naminə işləməyə davam edəcəyik. Biz həmçinin daha geniş mənada normallaşmanı dəstəkləməkdə maraqlıyıq.

- Son olaraq bilmək istərdik ki, səfərinizə və bir neçə aylıq müşahidələrinizə əsaslanaraq, sizcə, Azərbaycan-Aİ ikitərəfli münasibətlərini inkişaf etdirmək üçün hansı yollar var? Tərəflər hansı addımları atmalıdır?

- Azərbaycanlı həmkarlarımla əlaqələrim son iki onillik ərzində inkişaf edib. Xüsusi Nümayəndə vəzifəsinin icrasına başlamazdan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin baş diplomatik müşaviri və həmçinin Prezident Donald Tuskun xarici siyasət üzrə müşaviri kimi işləmək imkanım olub. Hər iki vəzifədə azərbaycanlı həmkarlarla sıx əməkdaşlıq etmişəm və Aİ-Azərbaycan münasibətlərinin inkişaf yolunu müşahidə etmək imkanım olub. Bakıya son səfərim zamanı həmsöhbətlərimin mövqelərini, əməkdaşlığımıza verdikləri qiyməti və həmçinin bəzi narazılıqlarını diqqətlə dinlədim. Bütün bu mesajları Brüsseldəki yeni Aİ rəhbərliyinə çatdırdım. Ümid edirəm ki, bu müzakirələr növbəti aylarda davam edəcək və mümkün qədər tez bir zamanda irəli getmək üçün ortaq anlaşmaya nail olacağıq.

Paylaş

Xəbər lenti

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Dünən, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Dünən, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Dünən, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Dünən, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Dünən, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Dünən, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Dünən, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Dünən, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Dünən, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR