3-02-2025, 14:46 440

Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb

Rumıniyanın paytaxtı Buxarest şəhərində Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürmə sistemləri operatorlarının iştirakı ilə Qara Dəniz Enerji sualtı kabeli layihəsinin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company”nin (“GECO Power Company”) qurulması prosesi uğurla tamamlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu birgə müəssisə hazırda yaşıl enerji dəhlizinin tədqiqat və layihələndirmə fəaliyyətləri ilə məşğul olacaq. Müəssisənin yaradılmasının məqsədi, o cümlədən, Qara dəniz altında yüksək gərginlikli ötürmə kabelinin tikintisini nəzərdə tutan yaşıl enerji dəhlizinin layihəsini həyata keçirməkdir.

Strategiya tərəfdaşlığı ilə bağlı razılaşma və “Yaşıl Energetika sahəsində əməkdaşlıq haqqında” memoranduma əsasən, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında 2023-cü ilin 25 iyulunda birgə müəssisənin yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qara dəniz sualtı kabeli layihəsi, Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və daha geniş kontekstdə Cənubi Qafqaz və Cənubi-Şərqi Avropanın elektrik enerjisi sistemlərini əlaqələndirəcək ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km su altı, 40 km isə quru üzərində), gərginlik 525 kV, gücü isə 1 300 MW olacaq. Layihə, həmçinin sualtı elektrik kabeli üçün seçilmiş dəhlizdə quraşdırılacaq optik lifli rabitə kabelini də əhatə edir. Qara dəniz altı elektrik kabelinin tikintisinin başa çatma tarixi 2030-cu il olaraq müəyyən edilib.

Layihənin texniki-iqtisadi araşdırması, İtaliyanın “CESI” konsaltinq şirkəti tərəfindən aparılıb və müəyyən edilib ki, layihə həm texniki, həm də iqtisadi cəhətdən həyata keçirilməyə uyğundur.

Qara dəniz sualtı kabeli layihəsi, milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, Qara dəniz bölgəsinin əlaqələndirilməsinə, enerji resurslarının təchizat mənbələrinin şaxələndirilməsinə, bərpa olunan enerjinin istehsal potensialının artırılmasına və bərpa olunan enerjinin energetik qarışdakı payının artmasına kömək edəcək. Bu layihə, eyni zamanda, regional enerji imkanlarını birləşdirərək, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını rəqabətli qiymətlə təmin etməyə imkan verəcək.

Qeyd edək ki, layihə ENTSO-E şəbəkəsinin 2024-2034-cü illər üçün 10 illik inkişaf planına daxil edilib və 2024-cü ilin noyabrında bu layihə Avropa Komissiyasına ümumi maraq layihəsi statusu almaq üçün təqdim edilib. Çünki bu, Avropa İttifaqı ilə qeyri-Aİ ölkələr arasında enerji infrastrukturu layihəsidir və enerji və iqlim siyasəti məqsədlərinin həyata keçirilməsinə kömək edir.

Xatırladaq ki, (“GECO Power Company”nin təsisçi şirkətləri Azərbaycan tərəfindən “Azərenerji”, Gürcüstan tərəfindən “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi”, Macarıstan tərəfindən “MVM Energy Private Limited Company” və Rumıniya tərəfindən “National Power Grid Company Transelectrica S.A.” şirkətləri olub. Birgə müəssisə bərabər paylarla qurulub və buna görə də bütün tərəflər şirkətin idarə edilməsində bərabər şəkildə iştirak edəcəklər.

Paylaş

Xəbər lenti

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR