5-02-2025, 12:37 376

USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər - RƏY

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlərin yenidən qurulması mümkündür.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Ekspert qeyd edib ki, son günlərdə Tramp administrasiyası xarici siyasətlə bağlı bəzi ziddiyyətli qərarlar qəbul edir:

“Ziddiyyətli dedikdə onu nəzərdə tuturam ki, bir qərar verilir, sonra o qərara müəyyən düzəlişlər edilir. Eyni halı biz USAID-lə bağlı da gördük. Əvvəlcə bu agentliyin tamamilə ləğv olunacağına dair iddialar səsləndirildi, qərarlar verildi. Ancaq sonradan məlum oldu ki, təşkilatın ləğvi yox, rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəmdədir”.

Mütəxəssis hesab edir ki, ABŞ Prezidenti Donal Trampın mövqeyi qurumun tam ləğvinə yönəlməyib:

Mətin Məmmədli
Mətin Məmmədli

“Tramp təxminən belə bir açıqlama verdi ki, agentliyin konsepsiyası yaxşıdır, ancaq onun rəhbərliyi uğurlu deyil. Bu səbəblə ABŞ-nin dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edildi. Əgər rəhbərlik dəyişdirilirsə hesab edirəm ki, agentliklə Azərbaycan arasında münasibətlərin yenidən qurulması baş verə bilər”.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan USAID-in onun daxili işlərinə qarışmasını istəmir:

“Tələb bundan ibarətdir ki, onlar daxili işlərimizə qarışmasınlar, müstəqilliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşsınlar. Əgər bunu etsələr, Azərbaycanla təşkilat arasında yeni münasibətlər qurula bilər”.

Xatırladaq ki, fevralın 3-də USAID-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Daha sonra isə ABŞ-nin dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edildi. Dövlət Departamentinin agentliklə bağlı yaydığı bəyanatda bildirilib ki, USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir.

Paylaş

Xəbər lenti

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Dünən, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Dünən, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Dünən, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Dünən, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Dünən, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Dünən, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Dünən, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Dünən, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Dünən, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR