
Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.
Federasiyadan "AVESTA.AZ"a verilən məlumata görə, Fərid Abbasovun kapitanı olduğu ölkənin kollektiv yarışın sonuncu turunda "Türkiyə-Anadolu" klubunu 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran ölkənin əsas təmsilçisi 3-cü yeri tutub.
Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.
Qeyd edək ki, bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.