
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan TED Talks formatında çıxışlar təşkil etməyə qərar verib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
İlk görüş martın 15-də Paşinyanın iştirakı ilə keçiriləcək.
Formata tematik çıxışlar, spikerlər və auditoriya arasında söhbətlər daxildir.
TED Talks-ın keçirilməsi üçün İrəvandakı K.Stanislavski adına Rus Dram Teatrının binası seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.