
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qətərli həmkarı Mənsur Abdulla Əl-Sulaitin ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniya ştatındakı diplomatik nümayəndəliyinin bildirib.
“Qətərin Los-Ancelesdəki baş konsulu Zati-aliləri cənab Mənsur Abdulla Əl-Sulaitinə səmimi qəbul və səmərəli müzakirəyə görə təşəkkür edirəm. Azərbaycan və Qətər arasındakı dostluq və əməkdaşlıqdan ilhamlanaraq birgə işləməyi səbirsizliklə gözləyirəm”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Qurbanov səudiyyəli həmkarı Bəndər Əlzaid ilə görüşmüşdü.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.