
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə XİN-in bildirib.
“Nazirimiz Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.