12-10-2022, 12:38 690

Azərbaycanda bank hesabı açan Rusiya vətəndaşları nəyi nəzərə almalıdırlar?

Rusiya Prezidenti Vladimir Putinin hərbi səfərbərlik elan etməsindən sonra digər ölkələrə axın edən Rusiya vətəndaşlarının ehtiyac duyduğu xidmətlərdən biri də banklarla bağlıdır.

Xüsusilə ölkəsindən pul gözləyən rusiyalılar üçün bank hesabının olması vacib məsələdir.

Bununla belə, xarici ölkə vətəndaşı olduqları, Rusiyanın bir sıra sanksiyalara məruz qaldığı nəzərə alınarsa, rusiyalılar üçün bankda hesab açmaq, əməliyyatlar aparmaq asan sayılmamalıdır. Artıq bəzi ölkələrdə Rusiya vətəndaşlarının bank xidmətlərindən istifadə etməsində müxtəlif maneələr, sərt tələblər qoyulub. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? “AVESTA.AZ” bununla bağlı araşdırma aparıb.

Azərbaycan banklarında deyirlər ki, Rusiya vətəndaşlarının hesab açmasına hələ ki, heç bir qadağa yoxdur. Lakin bu məsələ qanunvericiliyin və bankın daxili qaydalarının tələblərinə uyğun olaraq müxtəlif şəkildə icra olunur.

“Bizim bankda hesab açmaq istəyən xarici vətəndaş həm ümumvətəndaş (xarici), həm də daxili pasportunu təqdim etməlidir. Daxili sənəd əvəzinə sürücülük vəsiqəsi də qəbul olunur. Bundan sonra biz bank olaraq aidiyyəti qurumlara bu məlumatlar əsasında sorğu göndəririk. Əgər heç bir problem görünmürsə, şəxsə hesab açırıq. Bankımızda Rusiya vətəndaşlarına hesab açılarkən onlara bank kartı təqdim olunmur. Bank kartı istəyən şəxslər isə mütləq şəkildə banka depozit yatırıb, 9-11 %-lik gəlirdən yararlana bilərlər. Bu bank kartlarından da yalnız ölkə daxilində istifadə oluna bilər”, - banklardan birinin mütəxəssisi Emil Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, bank hesabına 10 min ABŞ dollarına qədər daxilolmalarda heç bir problem yoxdur: “Bundan çox məbləğdə isə biz həmin pulun mənbəyini öyrənmək istəyirik. Məsələn, pul göndərən şəxs ya işlədiyi yeri, ya da həmin məbləği aldığını təsdiq edən hər hansı alqı-satqı müqaviləsini təqdim edə bilər”.

Müraciət etdiyimiz digər bankda isə bu proses müəyyən qədər fərqli icra olunur. Belə ki, ilk növbədə xarici vətəndaşdan Dövlət Miqrasiya Xidmətindən yaşayış yeri ilə bağlı arayış tələb olunur. Bundan başqa, həmin vətəndaş öz ölkəsindəki məlumatları – iş yerini, ev ünvanını təqdim etməyə borcludur. Debet kartın verilməsi üçün isə xarici vətəndaşdan müəyyən məbləğdə rüsum və xidmət haqqı tələb olunur. Belə ki, 1 illik kart üçün 80 manat rüsum, 50 dollar xidmət haqqı, 2 illik kart üçün 100 manat rüsum, 100 ABŞ dollar xidmət haqqı, 3 illik kart üçün isə 120 manat rüsum, 150 ABŞ dollar xidmət haqqı istənilir. Bu tələblər yalnız Rusiya, Ukrayna, Belarus vətəndaşları üçün keçərlidir.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Rusiya vətəndaşının burada daimi və yaxud müvəqqəti yaşaması ilə bağlı Dövlət Miqrasiya Xidmətindən arayışı varsa, bank hesabı açmağına maneə görünmür. Əksər banklar şəxsiyyəti təsdiq edən sənəd və bu arayış əsasında elə yerindəcə hesab açır və debet kart təqdim edir.

Azərbaycan Mərkəzi Bankından isə “AVESTA.AZ”un sorğusuna cavab olaraq bildirilib ki, rezident və qeyri-rezidentlərə hesab açılması “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə uyğun həyata keçirilir. Hesab açılarkən digər normativ aktların, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələbləri də rəhbər tutulmalı, qanunvericiliyə və normativ xarakterli aktlara müvafiq olaraq əlavə eyniləşdirmə tədbirləri, eləcə də bankların daxili nəzarət və risk idarəetməsi sistemləri ilə nəzərdə tutulan zəruri tədbirlər tətbiq edilməlidir.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR