
Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının 5 iclası baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözləri Jurnalistlərə açıqlamasında Səhiyyə Naziri Teymur Musayev deyib.
O bildirib ki, 5 iclasda 40 plastik cərrahiyə ilə məşğul olan mütəxəssislərin sənədləri təfitiş edilib:
"Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.