
Rusiya və ABŞ nümayəndə heyətlərinin diplomatik missiyaların fəaliyyəti ilə bağlı görüşü İstanbulda ABŞ baş konsulunun iqamətgahında keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda iqamətgahın qarşısında jurnalistlər toplaşır.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfirliyi bildirmişdi ki, Rusiya-Amerika danışıqlarında Ukraynadakı münaqişə, siyasət və təhlükəsizlik məsələləri müzakirə olunmayacaq. Görüş yalnız diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı problemlərə həsr ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.