27-02-2025, 15:48 445

Fransız casusun məhkəməsi - Şok etiraflar edildi

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.

O bildirib ki, səfirlikdə işləyən 3 nəfər şəxslə əlaqəsi olub:

"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdı. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər. Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam. Çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:

"Azərbaycana biznes məqsədilə gəlmişəm. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın burada Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm. Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.

Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim. Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Azadın da səfirlikdəki həmin şəxslərlə əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idi. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.

Onlar deyirdi ki, Azərbaycanda nə baş verirsə, onlara da məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və Rusiyalı biznesmenlərə inanmayaq.

Səfirlikdə çalışan 4-cü agent də olub, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin mən onunla bir dəfə görüşmüşəm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Onlar isə heç bir problemin olmadığını demişdilər.

Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.

Dekabrın 20-də Makron sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Jerom və Loran dekabrın 26-da Azərbaycandan deport edilib. O agentləri də istintaq orqanı çağırıb. Onlar yaxşı bilirdilər ki, Azadla mən tutulmuşuq. Lakin onlar DTX-yə gəlməkdən imtina etdilər. Həmin şəxslər bizi xilas etmək üçün gəlmədilər. Fransa mediasında mənim haqqımda bir məlumat yox idi. Atam "Franspress"lə əlaqə yaradaraq mənim həbsimi məlumat verib. Lakin həmin media orqanı da bu barədə informasiya vermədi. Sonra da bir erməni bloger vasitəsilə mənim həbsim ictimailəşdi. Sonra Fransa hökuməti bəyənat verdi və həbsimin qeyri-qanuni olduğunu dedi. Mən Fransa hökumətini qınayıram ki, həbsimin bir ayına qədər niyə susmuşdular. Sonradan atamı Fransa Xarici İşlər Nazirliyinə çağıraraq söhbətlər ediblər və həmin şəxslərin guya "akkreditə olunmuş diplomatlar" olduğunu bildiriblər. Sonra atam məsələni aydınlaşdırmaq üçün Fransa xüsusi xidmət orqanlarına müraciət edib. Lakin indiyə qədər ona cavab verən olmayıb. Atam müraciətinin cavabsız qaldığını görərək, məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Mən də atamın bu mövqeyini dəstəkləyirəm".

Martin Ryan bu işdə günahkarın Fransa hökuməti olduğunu dilə gətirib:

"Həmin agentləri buraya Fransa hökuməti göndərib. İndi bütün bu işləri onlar yoluna qoymalıdır. Mən bu işdə çox əziyyət çəkmişəm. 1 il 3 aydır həbsdəyəm, işlərimi itirmişəm. Uzunmüddətli proyektlərim vardı. Ev almışdım, burada evlənəcəkdim. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir.

Mənim həbsim onların dedikləri kimi qeyri-qanuni idisə, niyə bir şey etmədilər.

Öz vətəndaşlarının müdafiəsi cəhətdən Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm".

Məhkəmənin növbəti prosesi martın 12-nə təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub

Paylaş

Xəbər lenti

Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Dünən, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Dünən, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Dünən, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Dünən, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Dünən, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Dünən, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Dünən, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Dünən, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Dünən, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Dünən, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Dünən, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Dünən, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Dünən, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Dünən, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Dünən, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Dünən, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Dünən, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Dünən, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Dünən, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Dünən, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Dünən, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Dünən, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Dünən, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Dünən, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Dünən, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Dünən, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR