
Binəqədi rayonu, Binəqədi qəsəbəsində yollar bərbaddır.
Bu barədə kənd sakinləri AVESTA.AZ-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Mədən 3, korpus 112 ünvanında yollar dağılıb. Ərazi bərbad olduğundan sakinlər avtomobillə evlərinə gedə bilmirlər. Yollarda "əjdaha yuvaları"nı xatırladan çalalar yaranıb.
Xəstə üçün çağırılan təcili yardım maşını və digər həyatı əhəmiyyətli avtomobillər də həmin ərazidən istifadə edə bilmir.
Sakinlərin sözlərinə görə, dəfələrlə lazımı yerlərə bu barədə bildirilsə də, problem həll edilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.