
Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, A.Mehdiyev, E. Alırzayev, Ç.Şaxtaxtinski, R.Şaxtaxtinskaya və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın olub.
Yanğında dörd ev tam yanıb, bir evin isə dam örtüyünə zərər dəyib.
Əraziyə dörd yanğınsöndürən maşın, 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.