1-03-2025, 13:48 378

Bakı-Astara qatarı nə vaxt açılacaq? - Deputatdan TƏKLİF

Hazırda Bakı-Gəncə, Bakı-Ağstafa və Bakı-Balakən qatarları fəaliyyət göstərir. Bakı-Astara qatarı mövcud olsa da, fəaliyyət göstərmir. 

Bəs cənub istiqamətinə də qatarların fəaliyyətinin bərpası istiqamətində addımlar atılacaqmı?

BAKU.WS xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Fariz İsmayılzadə bildirib ki, bu məsələyə regional layihələr çərçivəsində baxılmalıdır:

"Regionumuzda çox böyük nəqliyyat dəhlizləri inkişaf edir. O cümlədən Şimal-Cənub dəhlizi inkişaf etdirilir. Burada Rusiyanın, Azərbaycanın, həm də İranın iştirakı var. Hökumətlərimiz artıq bu layihələr üzrə işləyir. Təbii ki,  layihələr icra olunarsa və İrandan Azərbaycana dəmiryolu bağlantısı olarsa, həm də Cənub zonasının iqtisadi inkişafına töhfə verər. Dəmir yolu nəqliyyatı Cənub zonası ilə sürətlə inkilşaf edər. Bu prizmadan baxsaq, regional layihələrin inkişafı əsas məsələsdir. Cənub bölgəsində qatarın istifadəsi olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, bu istiamətdə sərnişin və kargo daşınmalarının miqyası azdır. Ona görə də buna regional layihələr çərçivəsində baxmalıyıq".

Deputat infrastruktur işlərinin sürətləndirilməsini təklif edib:

"Başqa istiqamətlərdə olduğu kimi, burada da işlərin sürətləndirilməsini təklif etmişəm.  Azərbaycan hökumətinin dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmiryolu sürətlə modernləşdirildi, onun imkanları artırıldı. Belə modernləşdirmə və infrastruktur işləri Cənub istiqamətində də aparılmalıdır. Buna regional kontekstdə baxsaq, regional layihələrin inkişafı Bakı-Astara dəmiryolunun inkişafına gətirə bilər".

Milli Məclisin digər deputatı Aydın Hüseynov isə vurğulayıb ki, sürət qatarları sərnişinlər üşün ən əlverişli nəqaliyyat növüdür:

"Sürət qatarı həm maliyyə, həm təhlükəsizlik, həm də ekoloji baxımdan çox əlverişlidir. Gəncə və Ağstafa istiqamətində qatarlar fəaliyyət göstərir. Balakən istiqamətində sürət qatarı istifadəyə verilib. Cənub  istiqamətində də hesab edirəm ki, sürət qatarlarının istifadəyə verilməsi çox əlverişli olar. Bu, daşınmaya, eləcə də turizmə müsbət töhfəsini verə bilər. Bu baxımdan Cənub istiqamətinə sürət qatarının verilməsi gündəmdə ola bilər". 

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR