
Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.
Hadisə fərdi yaşayış evində baş verib. İlkin ehtimala əsasən, qaz avadanlığından düzgün istifadə edilməməsi faciəyə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.