
BMT Təhlükəsiz Şurasında (TŞ) müsəlman ölkəsi də olmalıdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, təşkilatda veto hüququna malik müsəlman ölkəsinin də təmsil olunmasına ehtiyac var: "Bu, zərurətdir".
Ərdoğanın sözlərinə görə, müsəlmanlar dünya əhalisinin dördəbirini təşkil edir: "Müsəlmanlar artıq qərar qəbul etmə prosesində iştirak etməlidirlər".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.