4-03-2025, 23:48 489

Ruben Vardanyanın vəkili vəsatətlərlə çıxış edib

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində onun müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək vəsatətlər verib.

"Report" xəbər verir ki, vəkil müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət bildirib.

Hakim Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacaq.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Paylaş

Xəbər lenti

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Bu gün, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Bu gün, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Bu gün, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Bu gün, 23:48 Daha bir məktəbə direktor təyin edildi Bu gün, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Bu gün, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Bu gün, 22:48 Əməkdar müəllim vəfat etdi Bu gün, 22:48 Bakıda şagirdlər arasında insident Bu gün, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Bu gün, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Bu gün, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Bu gün, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Bu gün, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Bu gün, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Bu gün, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Bu gün, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Bu gün, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Bu gün, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Bu gün, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Bu gün, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Bu gün, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Bu gün, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Bu gün, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Bu gün, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Bu gün, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Bu gün, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Bu gün, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Bu gün, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Bu gün, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Bu gün, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Bu gün, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Bu gün, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Bu gün, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Bu gün, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Bu gün, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Bu gün, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Bu gün, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Bu gün, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Bu gün, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Bu gün, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR