5-03-2025, 16:48 415

BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib

Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb.

Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi.

Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib.

Bu gün keçirilən təqdimat tədbirində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib: "Tarixi-mədəni ənənələrə malik möhtəşəm Azərbaycan ədəbiyyatı bu gün də dəyişən ədəbi nəsillərin simasında öz parlaq dövrünü yaşayır. Cavan qələm adamları yeni-yeni dəyərli əsərləri ilə oxucuları sevindirir. Söz sənətimizin daimi inkişafı, müasir ruhlu əsərlərin nəşri Azərbaycan ədəbiyyatının gələcəyinə olan böyük inamımızı daha da möhkəmləndirir. Sevindirici haldır ki, BP şirkəti Azərbaycanın sosial həyatının müxtəlif sahələrinə aid layihələri icra etməklə yanaşı, həmçinin yeni dövr ədəbiyyatımızın tərəqqisinə də dəstək göstərir.

Azərbaycan Yazıçılar Birliyi tərəfindən bu il beş gənc yazarın kitabının nəşri ilə bağlı BP şirkətinə müraciət edilib və xahişimizə müsbət cavab verilib. Müasir ədəbiyyatımızın istedadlı, seçkin gənc yazarlarının kitablarının nəşrinə BP-nin yardım göstərməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, yüksək poliqrafik göstəricilərlə nəşr olunan bu kitablar gənc yazarların yaradıcılığının stimullaşmasında əhəmiyyətli rol oynayacaq."

Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu gün bizi bura Azərbaycanın ədəbi gəncliyinin yeni və güclü nəfəsi toplayıb. Təqdim etdiyimiz beş gənc şair və yazıçının kitabları, eləcə də daha öncə nəşr edilmiş dörd istedadlı gənc yazara göstərdiyimiz dəstək Azərbaycanın möhtəşəm mədəni, bədii və ədəbi irsinin təşviqi və təbliğinə yönəlmiş davamlı səylərimizin daha bir nümunəsidir.

Doqquz istedadlı şair və yazıçının əsərlərini oxuculara təqdim etməkdə məqsədimiz gələcək ədəbi nəsilləri ilhamlandırmaq və Azərbaycanın müasir ədəbiyyatının böyük potensialını bir daha vurğulamaqdır. İnanırıq ki, bu kitablar gənc yazarların perspektivli və uğurlu ədəbi fəaliyyətinin başlanğıcı olacaq və ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaq."

Yeni nəşr olunan beş kitab bunlardır:

• "Tanış küçələrin birində" – Qismət, şeirlər toplusu;

• "3 mart" – Ruslan Dost Əli, şeirlər toplusu;

• "Bayılda axşamçağı" – Ulucay Akif, şeirlər toplusu;

• "Gecəni axtaranlar" – Rəvan Cavid, qısa hekayələr və roman toplusu.

• "Ağ kvadrat" – El Roman, şeirlər toplusu;

Tədbirdə tanınmış ədəbiyyat xadimləri, alimlər və tədqiqatçılar, eləcə də çoxsaylı ədəbiyyatsevərlər bir araya gəliblər. Layihə Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilib.

Beş kitab birlikdə təxminən 570 səhifədən ibarətdir. Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64 850 manat (38 147 ABŞ dolları) təşkil edir.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR