
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
"AVESTA.AZ" bu barədə "Haber Global"a istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.