
Bakının Suraxanı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Hadisə Yeni Günəşli qəsəbəsində, "Qızıl qapı" restoranının qarşısında qeydə alınıb.
Qəza zamanı taksi fəaliyyəti göstərən "Toyota Prius" markalı avtomobillə digər maşın toqquşub.
Şahidlərin dediyinə əsasən, taksidə olan qadın sərnişin həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.