
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Ramin Həsənov idarə etdiyi "Kia Rio" markalı avtomobillə beton dirəyə çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.
Nəticədə R.Həsənov hadisə yerində ölüb. E.Cəbrayılov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.