15-03-2025, 21:48 380

Paşinyan Rusiyadan NƏ İSTƏYİR? - Tramp İrəvanın planını DƏYİŞDİ

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yekunlaşmış hesab etmək olar.

AVESTA.AZ "Oxu.az"a istinadən xəbər verir ki, rəsmi Bakı və İrəvan tərəfindən son iki gündə səsləndirilən bəyanatlara əsasən, sülh sazişinin imzalanması üçün son addımların müzakirə olunduğunu düşünə bilərik.

İrəvan son iki mübahisəli maddə üzrə Bakının təkliflərini qəbul edib. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da təsdiqlədi. Onun XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında: "Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb", - fikri daşların yerinə oturdulmaq üzrə olduğuna ümidləri bir xeyli artırıb.

İki ölkə arasında 17 maddəlik tarixi sülh sənədinin bütün bəndləri razılaşdırılmış hesab edilə bilər.

C.Bayramovun bu çıxışından sonra İrəvanın reaksiyası diqqət çəkdi. Məsələyə münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq qeyd etdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır. Bəyanatda, həmçinin qeyd olunur ki, iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsinin vaxtı və yeri barədə razılığa gəlinəcək.

İlk baxışdan proseslərin rəsmi Bakının istəyinə uyğun olaraq cərəyan etdiyini düşünmək olar. Lakin qarşımızdakı tərəfin Ermənistan olduğunu, bu bölgə ilə bağlı geosiyasi reallığı nəzərə alanda daha diqqətli və ehtiyatlı davranmağın vacibliyi ön plana çıxır.

Təbii ki, regional siyasətə qlobal tendensiyalar da güclü şəkildə təsir edir. Belə ki, Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsi ilə dünya yeni dinamik transformasiyalar mərhələsinə qədəm qoyub. Bir çox ölkələrin planları da məhz bu dəyişikliklə uğursuzluğa düçar olmağa yaxındır.

Bu situasiya Azərbaycanla sülhə hazır olduğunu əlində bayraq edən Ermənistan üçün xüsusilə növbəti çətin sınaq dönəmi kimi də şərh edilə bilər.

Bayden Administrasiyasına özü qədər arxayın olan, Fransa başda olmaqla Qərbi "arxasına alan" Nikol Paşinyan hakimiyyəti müharibə ritorikasından əl çəkmirdi. Bunu həm ABŞ-dən, həm də Fransadan son bir il ərzində Ermənistana daşınan öldürücü silahlarla bağlı rəsmi Bakının əlində olan faktlar da təsdiq edir.

Donald Trampın hakimiyyətə gəlişi ilə birdən-birə sürpriz qərarlar verməsi - xüsusilə Şərqi Avropadakı proseslərə (Rusiya-Ukrayna müharibəsi) yanaşması, belə görünür, Paşinyan rejimi üçün soyuq duş oldu. Ermənistan şahid oldu ki, yeni administrasiya Rusiyanın düşməni mövqeyindən çəkilib, tərəfdaşlıq siyasətini prioritet seçməyi daha məqbul hesab edir. Belə olan halda yanan da, özünü yandıran da yenə Ermənistan oldu.

Dünənə kimi Rusiyanın təşkilatçısı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarına qatılmayan, boykot edən rəsmi İrəvan artıq quyruğunun qapı arasında qaldığını çox açıq nümayiş etdirdi.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə əvvəlcə yaxın dostu, Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi, son iki il ərzində bilavasitə rəhbəri olduğu təşkilatların tədbirlərində iştirakdan boyun qaçırdığı Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmaq qərarı təsdiq edir.

Paşinyan yenə erməni xislətini işə saldı. Görünür, İrəvan Tramp hakimiyyətinin Rusiyaya qarşı yumşaldıcı və əməkdaşlıq siyasətindən sonra Avropanın Putin qarşısında manevr imkanlarının xeyli məhdudlaşacağını ehtimal edir.

Buna görə də Paşinyan indidən Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahat olmağa başlayıb. Bu səbəbdən də, o, Putinlə münasibətləri istiləşdirməyə can atır. Ermənistanın baş nazirinin Rusiya prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi isə bu deyilənlərin növbəti təsdiqidir.

Əli aşından da, Vəli aşından da olan Ermənistanın Rusiyanın forpostu olaraq qalacağı ağlabatandır. Fransa başda olmaqla Qərbin ona Azərbaycan qarşısında dəstəyinin yetməyəcəyini anlayan Paşinyan hakimiyyəti yenidən Rusiyanın ətəyindən bərk-bərk yapışmağı özünə rəva bildi.

İstənilən halda, nəticələri artıq sülhə doğru dəyişməyin vaxtı yetişib. Hazırda Azərbaycan və Ermənistan tərəfindən verilən açıqlamalardan da aydın sezilir ki, ortada sülh müqaviləsinin bağlanmaması üçün ciddi problem qalmayıb. Bu, ən azından, Azərbaycandan belə görünür. Amma Ermənistanın hələ də kütləvi şəkildə silahlanmanı dayandırmaması və aprel ayında Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalı rəsmi Bakının diqqətindədir. Digər yandan da Ermənistanın özünə "ağa" axtarışlarını davam etdirməsi İrəvanın manipulyasiya cəhdlərindən asanlıqla əl çəkməyəcəyini, havadarının hansı havanı çalmasına uyğun olaraq manevr edəcəyini nəzərə alsaq, Azərbaycanın narahatlığı inkaredilməzdir.

Bunu martın 13-də Bakıda, "Gülüstan" sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən də anlamaq mümkün idi. Dövlət başçısının açıqlamalarından da Bakı ilə İrəvan arasında mətn üzrə işin yekunlaşdırılmasının hələ sülhün imzalanması anlamına gəlmədiyini anlamaq çətin deyil.

10 Noyabr Bəyanatından sonra tərəflər arasında beş il ərzində razılaşdırılan 17 maddəlik sülh sazişi mətni Bakı-İrəvan dialoqunda bütün məsələlərin həlli anlamına gələ bilməz. Bundan sonra hər şey Ermənistanın sərgiləyəcəyi mövqedən, məsələlərə nə qədər konstruktiv yanaşmasından asılı olacaq.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR