13-03-2025, 20:48 415

Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırılmasını mühüm hadisə adlandırıb

Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisədir.

"Report"un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.

Baş nazir sazişin imzalanma müddəti ilə bağlı bunları deyib: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq".

Azərbaycan XİN bu gün rəsmi bəyanatla çıxış edərək Ermənistanla sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib.

"Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla bildiririk", - bəyanatda qeyd olunub.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda bildirilib.

Nazirlik həmçinin vurğulayıb ki, Ermənistanın konstitusiyasına düzəlişlərin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

"Müqavilənin imzalanması üçün əsas şərt Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi, xüsusilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı iddiaların aradan qaldırılmasıdır - bu, Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyidir. Eyni zamanda, köhnəlmiş və qeyri-funksional ATƏT-in Minsk qrupu və müvafiq strukturların rəsmi olaraq ləğv edilməsi tələb olunur", - bəyanatda vurğulanıb.

Bakı həmçinin normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə İrəvanla ikitərəfli dialoqu davam etdirməyə hazırdır.

Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib.

Paylaş

Xəbər lenti

DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Bu gün, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Bu gün, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Bu gün, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Bu gün, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Bu gün, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Bu gün, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR