19-03-2025, 23:48 42

Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. 

"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, "Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, hədə-qorxu tətbiq olunmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Xeyli miqdar" dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, bu Məcəllənin 308-2.4.3-cü maddəsində "külli miqdar" dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən "Dövlət satınalmaları haqqında" qanunla müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

"Dövlət satınalmaları haqqında" qanunla müəyyən olunmuş müddətlərdə satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına, satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına, satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə  vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Paylaş

Xəbər lenti

Ələkbər Yasamallı Rəşad Dağlının həbs xəbərini necə almasından DANIŞDI Bu gün, 00:48 Azərbaycan və Türkiyə Qərbin planlarını puç etdi - Bizdən nə danışırlar? Bu gün, 00:48 Bu bürclər çoxdan gözlənilən xoşbəxtliyə çatacaqlar Bu gün, 00:48 Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük Dünən, 23:48 Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib Dünən, 23:48 TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq Dünən, 23:48 Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR Dünən, 23:48 Azərbaycanda polkovnik-leytenant vəfat etdi Dünən, 23:48 Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb Dünən, 22:48 Bakıda iki qız itkin DÜŞDÜ Dünən, 22:48 Azərbaycan Prezidenti: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik Dünən, 22:48 Roma Papası Fransisklə vida mərasiminin ilkin tarixi açıqlandı Dünən, 21:48 İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır Dünən, 21:48 Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib Dünən, 21:48 Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib Dünən, 21:48 İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir Dünən, 21:48 Azərbaycan Prezidenti: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk Dünən, 21:48 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır" Dünən, 21:48 Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb Dünən, 20:48 Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb Dünən, 20:48 Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib Dünən, 20:48 Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər Dünən, 20:48 Bu şəxslərə 2500 AZN veriləcək - İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq Dünən, 19:48 Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub Dünən, 19:48 Hava ilə bağlı XƏBƏRDARLIQ Dünən, 19:48 Qızılın qiyməti tarixi maksimumu yenilədi Dünən, 19:48 Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib Dünən, 19:48 Repetitor və hazırlıq kursları olmasa, nəticələr necə olar? Dünən, 18:48 Orxan Fikrətoğluya vəzifə VERİLDİ - YENİ MÜŞAVİR Dünən, 18:48 "Araz-Naxçıvan"ın iki futbolçusu zədələrini sağaldaraq məşqlərə başlayıblar Dünən, 18:48 Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər Dünən, 18:48 Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi Dünən, 18:48 ŞAD XƏBƏR! Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək Dünən, 17:48 Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı Dünən, 17:48 Kişinin qapısını timsahlar döydü Dünən, 17:48 Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb Dünən, 17:48 Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərlənib Dünən, 17:48 Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş "KVN"çi imiş Dünən, 17:48 Azərbaycanlı FIDE hakimi vəfat edib Dünən, 17:48 Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq Dünən, 16:48 Azərbaycan səfirliyinin avtomobili Vilnüsün mərkəzində qəzaya düşüb Dünən, 16:48 Rusiyada 30-dan çox miqrant hərbi komissarlığa aparılıb Dünən, 16:48 Plastik cərrahiyyə ilə bağlı sertifikasiya verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul edib Dünən, 16:48 Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK Dünən, 16:48 Türkiyə vətəndaşları Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlayıblar Dünən, 16:48 Papa Fransiskin ölümündən əvvəl son proqnozu açıqlanıb Dünən, 16:48 Milli Məclisdə iki yeni sektor müdiri təyin edilib Dünən, 16:48 Bu il neçə stansiyanın inşa ediləcəyi məlum oldu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR