
Son zamanlar anası və bacı-qardaşı ilə yaşadığı problemlərlə gündəmdə olan məşhur türkiyəli müğənni Özcan Dəniz angioqrafiya (anju) olub.
BAKU.WS xəbər verir ki, Dənizin həyat yoldaşı Samar Dadgar xəstəxanadan paylaşım edib.
"Anju olub çıxacağıq, hər şey yaxşıdır, sadəcə çarpayı bir az dardır, güclə sığışıram, duran deyiləm", - deyə o bildirib.
Xatırladaq ki, Ö. Dəniz fevralın 17-də ürək tutması keçirərək xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.