
Müğənni Günay İbrahimli bahalı zinət əşyasını itirib.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə instaqramda hesabında qeyd edib.
O zinət əşyasını polis əməkdaşlarının köməyi sayəsində tapdığını bildirib:
"Bir neçə gün əvvəl itmiş yüksək dəyərli zinət əşyam üçün Səbail rayonu polis idarəsinə müraciət etdim. Polis əməkdaşlarının operativ və peşəkar fəaliyyəti sayəsində dəyərli əşyam 1 gün ərzində tapılaraq mənə geri qaytarıldı. Polislərimizlə fəxr etdim. Allah sizi qorusun! Azərbaycan polisinə təşəkkür edirəm və peşə fəaliyyətində daima uğurlar arzu edirəm!".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.