
Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə vəzifə verilib.
BAKU.WS Prosport.Az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq idmançı Xüsusi Olimpiya Komitəsinin prezidenti təyin olunub.
O bu vəzifədə Rövşən Məmmədovu əvəzləyib.
Qeyd edək ki, martın 7-də Xüsusi Olimpiya Komitəsinin sədri (baş idarəedici) Şahin Əliyev yaşı ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Onun yerinə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.