
Gəncədə intihar hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü V. İsmayılov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
32 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.