
Bakı-Dairəvi yolda "Qazel" markalı avtomobil yanıb.
Bu barədə hadisə şahidləri AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən AVESTA.AZ-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Ford" markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.