27-03-2025, 11:48 715

Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür. Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

BAKU.WS xəbər verir ki, əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən müəyyən edilib. Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər.

Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrı çox qədim və zəngin tarixə malikdir.

XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı.

Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.

Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir.

Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər.

Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR