
Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində avtoqəza olub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, Astaradan Bakıya doğru hərəkət edən yük avtomobili (TIR) aşdığından həmin istiqamətdə nəqliyyatın hərəkətində müvəqqəti sıxlıq yaranıb. Aşan yük avtomobili ərazidən götürülüb və yol açılıb.
Yük avtomobilinin İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları apardığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.