1-04-2025, 11:48 346

Bu gün Ümumdünya Gülüş Günüdür

Bu gün dünyada milyonlarla insan bir-birinə kiçik oyunlar oynayır, gözlənilməz xəbərlərlə dostlarını aldadır. Amma tarixdə elə 1 aprel zarafatları olub ki, insanlar həqiqətən inanıb və nəticələr bəzən düşündüyümüzdən daha ciddi olub.

AVESTA.AZ xəbər verir ki, məsələn, 1957-ci ildə BBC televiziyası İsveçrədə "makaron ağaclarının" məhsul verdiyi barədə süjet yayımladı. Videoda fermerlər ağaclardan spagetti yığırdılar. Minlərlə insan kanala zəng edib belə ağacları necə yetişdirə biləcəklərini soruşdu.

Digər maraqlı hadisələrdən biri 1976-cı ildə baş verdi. İngiltərədə məşhur astronom Patrik Murd BBC radiosunda Yer və Plutonun orbitlərinin uyğun gəlməsi nəticəsində cazibə qüvvəsinin zəifləyəcəyini dedi və insanlara məhz həmin an tullandıqları halda havada bir neçə saniyə qala biləcəklərini bildirdi. Elə həmin gün yüzlərlə insan radiostansiyaya zəng edib təcrübənin uğurla baş verdiyini bildirdi.

Google çox zaman 1 apreldə insanları təəccübləndirən və çoxlarının inanmasına səbəb olan zarafatlar hazırlayır. Məsələn, 2013-cü ildə Google "Google Nose" adlı yeni texnologiyanı elan etdi. Bu, istifadəçilərə telefon ekranına toxunaraq qoxuları hiss etməyə imkan verəcəyini iddia edirdi. İnsanlar həqiqətən bu funksiyanı yoxlamağa çalışırdılar!

1950-ci illərdə bir İtalyan qəzetində məşhur əyri Pisa qülləsinin yıxıldığı barədə xəbər yayımlandı. İnsanlar dərhal şəhərə axın etdilər ki, bu tarixi hadisənin şahidi olsunlar. Ancaq gəlib gördülər ki, qüllə əvvəlki kimi yerindədir!

1986-cı ildə bir Amerika radiosu, İllinoys ştatında sürət limitinin 15 km/saat olaraq dəyişdirildiyini elan etdi. Bu qərara əsəbiləşən sürücülər etiraz etmək üçün hökumət binalarına zəng etməyə başladılar. Sonra isə bunun bir zarafat olduğu açıqlandı.

1998-ci ildə Burger King "solaxaylar üçün xüsusi hazırlanmış" bir burgerin satışa çıxarıldığını elan etdi. Restorana minlərlə insan axın etdi və solaxay versiyasını istədi. Əslində isə, belə bir burger yox idi və bu sadəcə bir 1 aprel zarafatı idi.

1977-ci ildə Britaniya radiosu NASA-nın o gün xüsusi bir eksperiment keçirəcəyini və Marsdan gələn siqnalları eşitmək üçün saat 12:00-da radioların səsini açmağı tövsiyə etdiyini elan etdi. Minlərlə insan saat 12:00-da səssizcə radiolarını dinlədi, amma heç bir siqnal ala bilmədi!

Bəs Azərbaycanda? 1 aprel zarafatları bizim ölkədə də populyardır. Xüsusilə sosial mediada hər il "tanınmış" insanların və ya böyük şirkətlərin gülməli elanları yayılır. Amma unutmaq olmaz ki, hər zarafat hər kəs üçün əyləncəli olmaya bilər. Ona görə də 1 aprel "qurbanlarını" diqqətlə seçmək və zarafatın dozasını qaçırmamaq vacibdir.

Bu günkü gündə siz də ağıllı və kreativ zarafatlarla ətrafınızdakıları güldürə bilərsiniz. Amma unutmayın – ən yaxşı zarafatlar qarşı tərəfi xoşbəxt edənlərdir!

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR