1-04-2025, 12:48 467

Abşeron dairəvi dəmiryol marşrutu üzrə reyslərin sayı 92-yə çatdırılıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.

AVESTA.AZ bu barədə ADY-yə istinadən xəbər verir.

Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb.

İlk dəfə olaraq qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.

İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb.

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edən yeni FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.

Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılıb. Bununla əlaqədar olaraq Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

Stansiyalarda da bir sıra yeniliklər həyata keçirilib. Belə ki, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.

Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır. Bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Paylaş

Xəbər lenti

Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Bu gün, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Bu gün, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Bu gün, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Bu gün, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Bu gün, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Bu gün, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Bu gün, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Bu gün, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Bu gün, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR