3-04-2025, 19:48 385

Alparslan Bayraktar:

Türkiyə Azərbaycanla "Qarabağ" neft-qaz yatağından qaz tədarükü ilə bağlı yeni saziş üzərində işləyir.

"Report" "S&P Global" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bu yataqdan qaz idxalına 2028-2029-cu illərdə başlanması barədə razılıq əldə olunub.

Türkiyənin qaz sektorunda daha geniş strategiyasına toxunan A. Bayraktar ölkənin uzun illər Rusiya və İrandan tədarükdən əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıb: "Bu sazişlərin müddəti tezliklə başa çatır və biz alternativ qaz mənbələri tapmalıyıq".

O, qaz portfelinin diversifikasiyasının və daxili bazarda rəqabətin gücləndirilməsinin prioritet olduğunu qeyd edib.

Nazir əlavə edib ki, mart ayında Türkiyə İran üzərindən Türkmənistandan svop qazının idxalına başlayıb: "Bu il biz İran vasitəsilə Türkmənistandan 1,3 milyard kubmetr qaz alacağıq. Son on ildə Türkiyə qaz infrastrukturuna böyük sərmayələr qoyub və artıq idxal imkanlarımız yalnız boru kəmərləri ilə məhdudlaşmır".

Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu barədə danışan A. Bayraktar bildirib ki, ölkənin LNG reqazifikasiya gücü gündə 30 milyon kubmetrdən 160 milyon kubmetrə qədər artırılıb və bu göstəricinin 200 milyon kubmetrə çatdırılması planlaşdırılır.

"Hazırda Türkiyənin qaz tələbatının təxminən 25 %-i LNG hesabına ödənilir", - o əlavə edib.

Nazir həmçinin ölkənin daxili enerji resurslarının inkişafına sadiqliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Qara dənizdəki Sakarya yatağında hasilat gündə təxminən 7 milyon kubmetr təşkil edir və aprel ayında bu rəqəm 9 milyon kubmetrə çatacaq: "2026-cı ilin üçüncü rübündə hasilat gündə 20 milyon kubmetrə, 2028-ci ilə qədər isə 40 milyon kubmetrə çatacaq".

Qeyd edək ki, "Qarabağ" neft-qaz yatağı Bakıdan 120 km şərqdə, Xəzər dənizindəki Günəşli yatağından 20-25 km məsafədə, 150-200 metr dərinlikdə yerləşir. "Aşrəfi - Dan Ulduzu - Aypara" strukturu isə Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti 31 may 2018-ci ildə "Aşrəfi - Dan Ulduzu - Aypara" perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) və "Qarabağ" yatağının işlənməsi üzrə Risk Service Contract imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" paritet əsaslarla əməliyyat şirkəti təsis ediblər.

Lakin "Equinor" 2023-cü ilin dekabrında bu layihələrdəki 50 %-lik payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü ilin aprelin 24-də rəsmiləşdirilib.

Paylaş

Xəbər lenti

Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR