
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişə zonasında tam atəşkəsə nail olmaq perspektivləri ilə bağlı nikbin olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə Çerniqov vilayətində ərazi icmalarının nümayəndələri ilə görüşdə çıxış edərkən qeyd edib.
"Düşünürəm ki, bunu mümkün qədər tez, yaxın həftələrdə, bəlkə də aylar ərzində etmək mümkündür" , - deyə V.Zelenski vurğulayıb.
Ukrayna prezidenti bəzən belə halların ani şəkildə baş verdiyini də xatırladıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.