
Ukraynanın Dnepropetrovsk vilayətində məmurun idarə etdiyi avtomobil partlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Partlayış yerli vaxtla səhər saat 07:40-da (Bakı vaxtı ilə 09:40) baş verib. Maşında bir məmur və onun arvadı olub, hər ikisi yaralanıb.
Bildirilir ki, məmur Dnepr şəhərinin Sol Sahil administrasiyasının rəhbəri Yuri Fedkodur. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.