
Müğənni Nigar Camal "Unutsan" adlı yeni mahnısını təqdim edib. BAKU.WS xəbər verir ki, mahnının söz və musiqisi Miroya məxsusdur. Sənətçi yeni layihəsi üçün kamera qarşısına da keçib.
Onun klipini daha öncə "Get həyatımdan" mahnısını ekranlaşdıran Ramin Niftəliyev ərsəyə gətirib. "Unutsan" adlı mahnıda tənha qadının sevgisindən bəhs olunur. Nigara klipdə tanınmış model Siraj Bayalı partnyorluq edib.
Sənətçi ekran işində müxtəlif obrazlar canlandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.