
Bu gün Azərbaycan kinosunda rejissor çatışmazlığı var.
AVESTA.AZ report-a istinadən xəbər evrir ki, bu fikirləri report-a müsahibəsində Əməkdar artist Mirzə Ağabəyli deyib.
Aktyor buna görə də yerli müair kino sketorunda problemlərin olduğunu bildirib: "Aktyoru aktyor edən kimdir? Rejissor. Yaxşı rejissor varsa, kino da ayaqdadır, aktyor da, aktrisa da".
Əməkdar artist mədəniyyətin digər sahələrində də ciddi boşluqların olmasından gileylənib:
"Tək kinoda deyil, indi mədəniyyətin hər sahəsində çox ciddi boşluqlar var. Çünki artıq korifeylər yoxdur. Onlar dünyadan köçdükcə öz yerlərində, öz sahələrində boşluqlar yaranır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.