
Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Sübh küçəsində yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə küçə itlərinin əlindən çölə çıxmaq mümkün deyil:
"Gündəlik evdən çıxmağa məcburam. Demək olar ki itlər hər gün kimlərəsə cumur. Başqa yerlərdən itləri toplayıb bizim məhlədə azdırırlar. Son 1 ayda sayları daha da çoxalıb. İtləri hardan gətiriblərsə aralarında "Pitbul" və Alman çoban iti kimi cinslərə olanlar da var".
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.