
Əməkdar artist Elxan Şıxəliyevin musiqiçi müğənni bacısı oğlu Seyran İsmayılxanov Bakıya gəlib.
AVESTA.AZ xəbər verir ki, o ilk dəfə "İncə səhər" verilişində efirə çıxıb.
Seyran 19 yaşından Almaniyada yaşadığını hazırda isə 44 yaşı olduğunu vurğulayıb. O Azərbaycana konsert vermək üçün gəldiyini deyib.
Veriliş zamanı sənətçi sintezator arxasında əyləşərək öz mahnısını da ifa edib. Seyran İsmayılxanov müğənniliklə yanaşı bəstəkarlıqla da məşğul olur. O həm də çoxinstrumentalistdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.