
Azərbaycanlı model Diana Əhədpur Dubayda xarici ölkədə keçirilən hərraca qatılıb.
AVESTA.AZ xəbər verir ki, restoranlardan birində keçirilən hərracda model spirtli içkilərdən hazırlanan bir badə kokteylə 37 500 avro (təxminən 69 956 AZN) ödəyib.
O bu barədə sosial şəbəkə hesabında bildirib. Model hərracdan olan videoları şəxsi instaqram hesabında yayımlayıb.
Məlumat üçün bildirək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla evlidir, onların bir oğlu var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.