
100 yaşlı nəhəng tısbağalar ilk dəfə valideyn oldular.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də nəsli tükənməkdə olan iki nəhəng tısbağa - Abrazzo və Mommy - təxminən 100 yaşında ilk dəfə bala verib.
Philadelphia Heyvanat Parkında dünyaya gələn dörd bala tısbağa parkın 150 illik tarixində bu növ üzrə ilk doğum kimi qeydə alınıb.
Bildirilib ki, yeni doğulan tısbağalar 70 qram çəkidədir və sağlamdırlar.
Heyvanat parkının nümayəndələri bu doğumun nəhəng tısbağa növünün qorunub saxlanılması baxımından ümidverici bir addım olduğunu qeyd ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.